AZ

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürdü - FOTO

"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb.
 
Moderator.az xəbər verir ki, velosipedçilər bu etapda “Sea Breeze”dən İsmayıllıya qədər 193,3 kilometr məsafə qət edəcəklər.
 
İkinci yarış günü daha çətin profili ilə seçilməklə - 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirir.
 
Qeyd edək ki, yarışın I mərhələsində Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko finişə birinci çatıb.
 
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Seçilən
5
6
moderator.az

10Mənbələr