AZ

Abşeron rayonunda Ulu Öndərlə bağlı tədbir keçirildi

Qalib və müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib.

Publika.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, onu əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron Rayon Ağsaqqallar Şurası və Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xırdalan şəhəri, Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin sədri Bilman Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından və Ümummilli Liderin xalqımız üçün misilsiz xidmətlərindən söz açıblar.

Seçilən
20
5
publika.az

10Mənbələr