AZ

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azərİşıq" ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb mayın 8-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində aparılacaq təmir işləridir.Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Separadi kəndində, saat 13:00-dan 15:30-dək isə Sinovli və Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"İşlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək", - məlumatda deyilib.

Seçilən
94
39
metbuat.az

10Mənbələr