Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə göndərilən 4 vaqon gübrə və 4 vaqon taxıl Biləcəri stansiyasından yola salınıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata görə, tədarükə 271 ton gübrə və 275 ton taxıl daxildir.
Bundan əvvəl, mayın 4-də 678 ton gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınmışdı.
Ümumilikdə indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 3 min tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Bundan başqa, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Ermənistana 8,5 min tondan çox dizel, 979 ton Aİ-92 və 2 955 ton Aİ-95 benzini ixrac olunub.
Aytac