BAKI, 6 may. TELEQRAF
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib.
Teleqraf-a bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bu mərhələdə Ermənistana 4 vaqon gübrə və 4 vaqon taxıldan göndərilib.
Xatırladaq ki, bundan əvvəl mayın 4-də 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.