2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4.0 faiz artaraq 11 milyard 390 milyon dollardan 11 milyard 860 milyon dollaradək yüksəlib. İtaliya ilə ticarət dövriyyəsində Azərbaycan 10 milyard 824 milyon dollarlıq müsbət saldoya malikdir.
Azərbaycan eyni zamanda İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 93 %-i Azərbaycanın payına düşür. Belə ki, ötən il İtaliyanın Ermənistanla ticarət dövriyyəsi 453, Gürcüstan ilə isə 442 milyon dollar olub. Bu da onu göstərir ki, Azərbaycan İtaliya üçün regional olaraq strateji müttəfiq ölkədir. Növbəti mərhələdə də iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir.
Son illər qarşılıqlı sərmayə qoyluşlarında da artımlar müşahidə olunur. Azərbaycan son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Göründüyü kimi, son dövrlərdə iki tərəf arasında müsbət addımların atılması strateji tərəfdaşlığın yalnız sənədlərdə deyil, real həyatda və praktiki əməkdaşlıq sahələrində də təsdiqini tapdığını göstərir.
Qeyri neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. Ölkələr arasındakı səmimi və strateji tərəfdaşlığa əsaslanan münasibətlər birgə layihələrin icrası üçün yeni imkanlar yaradır. İtaliya baş nazirinin Azərbaycana səfəri ölkələr arasındakı strateji münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31