Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, Ermənistana 10 vaqon gübrə göndəriləcək.
Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınacağı gözlənilir.
Xatırladaq ki, ötən gün də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə yola salınmışdı.