AZ

Bu gün Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana gübrə göndəriləcək

BAKI. TurkicWorld:

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu barədə TurkicWorld-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, Ermənistana 10 vaqon gübrə göndəriləcək.

Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Seçilən
19
17
turkic.world

10Mənbələr