AZ

Makron Ermənistana gəldi - FOTO

Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfər edib.

Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, İrəvanın “Zvartnots” hava limanında Fransa liderini Ermənistan Prezidenti Vaaqn Xaçaturyan qarşılayıb.

Məlumata görə, mayın 4-də Emmanuel Makron İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edəcək. Mayın 5-dən isə onun Ermənistana rəsmi dövlət səfəri başlayacaq.

Qeyd edək ki, səfər çərçivəsində Makronun Baş nazir Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılıb.

Liderlər arasında bir sıra sənədlərin imzalanması və mətbuata bəyanatlarla çıxış edilməsi gözlənilir.


Bizim.Media

Seçilən
19
24
bizim.media

10Mənbələr