AZ

NATO nun “gizli silahı” ifşa edildi Çoxunun ağlına belə gəlməz

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

“NATO nümayəndələri Avropa və ABŞ-da rejissorlar, ssenaristlər və prodüserlərlə qapalı görüşlər keçirir. Bu, onların təbliğat məqsədləri üçün istifadə edildiyinə dair şübhələr yaradır”.

Turkustan.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, artıq Brüssel, Los-Anceles və Parisdə üç görüş keçirilib:

“Gələn ay Böyük Britaniya Yazıçılar Gildiyasının (WGGB) üzvləri ilə görüş planlaşdırılır. Burada iştirakçılara aldıqları məlumatları sərbəst şəkildə paylaşmağa imkan verilir, lakin onların kimliyinin ortaya çıxarılması qadağandır.

Bəzi ssenaristlər artıq NATO-nun təşəbbüsünü tənqid ediblər. Məsələn, “Christie” jurnalının ssenaristi Alan O’Qorman Gildiya ilə planlaşdırılan görüşü “açıq-aşkar təbliğat” adlandırıb.

“Mən də daxil olmaqla, bir çox insanın NATO-ya daxil olmayan ölkələrdə alyansın daxil olduğu və qızışdırdığı müharibələrdən əziyyət çəkən dostları və qohumları var”, – deyə ssenarist qeyd edib”.

Məlumata görə, üç layihə artıq inkişaf mərhələsindədir.

Nəşr öyrənib ki, onların əsas məqsədi NATO-nun “aqressivliyini” gizlətmək və ittifaq daxilində qarşılıqlı əlaqənin dostluq və əməkdaşlığa əsaslandığını nümayiş etdirməkdir.

Bildirilib ki, sözügedən addım həm də “ağlasığmaz” adlandırılıb./Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
50
icma.az

10Mənbələr