Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2026” başlayıb.
Publika.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə keçirilən Bakı Marafonu bu il ilk dəfə olaraq 42 kilometrlik məsafədə təşkil olunacaq. Marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olacaq.
Marafonda şou-biznes və ümumilikdə incəsənət aləminin tanınmış simaları da iştirak edirlər