“Bir neçə gündən sonra Ukrayna prezidenti Vladimir Zelenski Ermənistana gələrsə, İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyinin sammitinin mahiyyəti kəskin şəkildə dəyişə bilər”.
Publika.az xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan partiyasının üzvü Vahe Ovannisyan deyib.
Ovannisyan hesab edir ki, Zelenskinin Azərbaycana səfərindən sonra Ermənistana gəlməsi ehtimalı yüksəkdir.
“Zelenskinin mümkün səfərindən ən çox əziyyət çəkən Paşinyan olacaq. Zelenskinin İrəvanda olması o deməkdir ki, Ermənistan bir neçə gün ərzində Rusiya əleyhinə gündəmin mərkəzinə çevriləcək. Ukrayna prezidenti Avropa Siyasi Birliyinin sammitində iştirak edərsə, Ermənistan ətrafında və ölkə daxilində atmosfer dəyişəcək. Rusiyanın reaksiyası özünü çox gözlətməyəcək, xüsusilə Moskva əleyhinə səslənəcək fikirlərə qarşı əks-tədbirlər görəcək”, - o bildirib.