AZ

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

DDLA-dan Musavat.com-a verilən məlumata görə, xəbərdarlığa əsasən, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək.

"Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir", - məlumatda qeyd olunur.

Məlumata görə, dalğanın hündürlüyünün 3.5-4.5 m. çatacağı proqnozlaşdırılır.

Seçilən
25
11
musavat.com

10Mənbələr