AZ

İran Hörmüz boğazını açmağa hazırdır şərt: ABŞ blokadanı qaldırsın və müharibə bitsin

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran ABŞ ölkəyə tətbiq etdiyi blokadanı aradan qaldırarsa və müharibəyə son qoyarsa, Hörmüz boğazı üzərindəki nəzarətini zəiflətməyə hazır olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu təklif həm də İranın nüvə proqramı ilə bağlı müzakirələrin daha sonraya təxirə salınmasını nəzərdə tutur. Bu barədə bazar ertəsi iki regional rəsmi məlumat verib.

Məlumata görə, təklif Pakistan vasitəsilə ABŞ tərəfinə çatdırılıb. Lakin ABŞ Prezidenti Donald Trampın bu təklifi qəbul etməsi ehtimalı zəif qiymətləndirilir. Çünki bu yanaşma fevralın 28-də ABŞ və İsraili müharibəyə aparan əsas fikir ayrılıqlarını aradan qaldırmır. ABŞ dövlət katibi Marko Rubio isə İranın nüvə proqramını əhatə etməyən hər hansı razılaşmanı faktiki olaraq istisna edib.

Rubio “Fox News” telekanalına müsahibəsində: “Onların bundan yayınmasına imkan verə bilmərik. Hər hansı razılaşma elə olmalıdır ki, İranın istənilən vaxt nüvə silahı əldə etməsinin qarşısını qəti şəkildə alsın”, - deyə bildirib.

Hazırda kövrək atəşkəs qüvvədə olsa da, ABŞ və İran Hörmüz boğazı ətrafında qarşıdurma vəziyyətindədir. Sülh dövründə dünya üzrə ticarət olunan neft və qazın təxminən beşdə biri məhz bu boğazdan keçir. ABŞ-ın tətbiq etdiyi blokada İranın neft satışını məhdudlaşdırmağa, ölkəni mühüm gəlir mənbəyindən məhrum etməyə yönəlib və eyni zamanda Tehran üçün nefti saxlama imkanlarının məhdudlaşması səbəbindən hasilatı dayandırmaq riski yaradır.

Digər tərəfdən, boğazın bağlanması ABŞ Prezidenti Tramp üçün də təzyiq yaradır. Çünki mühüm aralıq seçkilər ərəfəsində neft və benzin qiymətləri kəskin artıb. Bu vəziyyət həmçinin neft və qaz ixracında bu marşrutdan istifadə edən Körfəz müttəfiqlərinə də mənfi təsir göstərir.

Dünya ölkələri arasında narazılıq getdikcə artır. Bazar ertəsi bir çox dövlətlər qlobal iqtisadiyyata geniş təsir göstərən blokadanın dayandırılmasını tələb edib. Bu təsirlər arasında gübrə, ərzaq və digər əsas məhsulların qiymətlərinin artması da var.

İranın təklifi nüvə proqramı ilə bağlı danışıqların sonraya saxlanmasını nəzərdə tutur. Tramp isə daha əvvəl bildirmişdi ki, müharibəyə başlamaqda əsas məqsədlərdən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Təklif barədə məlumatlı olan iki rəsmi şəxs anonimlik şərti ilə danışıb. Onların sözlərinə görə, sənəd bu həftəsonu İran və Pakistan rəsmiləri arasında qapalı görüşlərdə müzakirə olunub. Bu barədə ilk məlumatı "Axios" nəşri yayıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
bizimyol.info

10Mənbələr