AZ

ABŞ İranın təklifini qəbul etməyəcək

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı məsələsini gələcək danışıqlara saxlamaq və ilk növbədə Hörmüz boğazını açmaqla bağlı son təklifini qəbul etməyəcək.

Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" mənbələrə istinadən yayıb.

Qəzetin mənbələrinə görə, Tramp müşavirlərinə İranın Hörmüz boğazını açmaq və müharibəyə son qoymaqla bağlı son təklifindən məmnun olmadığını bildirib.

Vəziyyətlə tanış olan mənbələrə istinadən CNN də bildirir ki, Trampın son günlərdə ABŞ-a təqdim edilən planı qəbul etməsi ehtimalı azdır.

Mənbələr bildiriblər ki, zənginləşdirilmiş uran məsələsi həll olunmadan boğazın açılması ABŞ-ı danışıqlarda əsas təsir gücündən məhrum edə bilər.

Media xəbərlərinə görə, Vaşinqton, çox güman ki, Tehrana cavabını "yaxın günlərdə" təqdim edəcək.

Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr