AZ

Kol Tomas Allen Prezident Trampa qarşı sui-qəsd cəhdində ittiham olunub

Vaşinqton, 28 aprel, AZƏRTAC

Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton otelində təşkil olunan şam yeməyinə hücum etməkdə şübhəli bilinən Kol Tomas Allen Prezident Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunub.

AZƏRTAC-ın məlumatına görə, o, Vaşinqtondakı federal məhkəmə qarşısına çıxarılıb.

Hakim Metyu Şarbo 3 maddə üzrə ittiham elan edib. O, zorakılıq cinayəti zamanı odlu silahdan istifadə, ağır cinayət törətmək niyyəti ilə ştatlararası ticarətdə odlu silah daşıma və ABŞ Prezidentinə sui-qəsd cəhdi maddələri üzrə mühakimə olunacaq.

Allen məhkəmədən onun üçün vəkil təyin etməsini istəyib.

Növbəti məhkəmə prosesi aprelin 30-a təyin olunub.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
7
2
azertag.az

10Mənbələr