AZ

28 aprel ilə bağlıRƏSMİ XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, havanın temperaturu gecə 9-13° isti, gündüz 13-16° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Seçilən
10
49
musavat.com

10Mənbələr