AZ

Qəbələdə Andrey Babişin rəsmi qarşılanma mərasimi olub – Fotolar


Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.
Yeniavaz.com
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib.
Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Sonra rəsmi foto çəkdirilib
Daha sonra Prezident İlham Əliyevin Andrey Babişlə təkbətək görüşü keçirilib.



Seçilən
43
50
yeniavaz.com

10Mənbələr