AZ

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə arabir yağıntılı olacaq

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycanda aprelin 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın bölgələrində hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
49
azertag.az

10Mənbələr