ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real" Franko Mastantuononu icarəyə verməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Kral klubu" forma şansı qazana bilməyən argentinalı vingerin daha çox oyun praktikası toplamasını istəyir. "Vest Hem", "Brayton" və "Tottenhem" 18 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, "Real" Franko Mastantuononu mövsümün əvvəlində "River Pleyt"dən 45 milyon avroya transfer edib. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 3 qol I məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.