AZ

SAXAL dan Livan əhalisinə ÇAĞIRIŞ: Evlərinizi tərk edin!

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

İsrail ordusu Livanın cənubundakı Deyr-Əməs yaşayış məntəqəsinin sakinlərini planlaşdırılan hava zərbəsi barədə xəbərdar edərək onları təcili təxliyə olunmağa çağırıb.Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Avixay Edri "X" hesabında ərəb dilində müraciət paylaşıb.SAXAL-ın nümayəndəsi bildirib ki, həmin yaşayış məntəqəsindən “Hizbullah”ın silahlı qrupları hücumlar həyata keçirir.“Deyr-Əməsdən həyata keçirilən raket atəşləri İsrail ordusunu terrorçulara qarşı qəti tədbirlər görməyə məcbur edir. Buna görə də öz təhlükəsizliyiniz naminə dərhal evlərinizi tərk etməli və yaşayış məntəqəsindən ən azı bir kilometr uzaqlaşmalısınız”,- deyə müraciətdə bildirilir.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
50
bizim.media

10Mənbələr