AZ

Tramp iranlı qadınları edamdan necə xilas edib? – Özü danışdı – VİDEO

ABŞ prezidenti Donald Tramp İranda səkkiz gənc qadının edamının qarşısını aldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri jurnalistlərə verdiyi açıqlamada bu barədə bildirib.

Tramp qeyd edib ki, qadınların edamı yerli vaxtla saat 18:00-a planlaşdırılmışdı. Onun sözlərinə görə, məsələ ilə bağlı İran tərəfinə müraciət edib.

“Onlardan xahiş etdim — bunu istər jest, istərsə də sadəcə mənəvi müraciət kimi qəbul etsinlər — qadınları edam etməsinlər”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, müraciətinə cavab olaraq edamların həyata keçirilməyəcəyi və qadınların azad ediləcəyi bildirilib.

Hadisə ilə bağlı İran rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib.

Bizim.Media  

Seçilən
59
20
bizim.media

10Mənbələr