AZ

Bakıda 14 yolda tıxac müşahidə olunur - SIYAHI

Bakıda
Bakının bir sıra yollarında tıxac yaranıb. 1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

14. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
23
49
1news.az

10Mənbələr