AZ

Günay Qurbanova Avropa üçüncüsü oldu – ARENA.AZ

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının üzvü Günay Qurbanova Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın dördüncü günündə qadın güləşi üzrə Azərbaycan millisi ilk medalını qazanıb.

Günay Qurbanova (59 kq) bürünc medal uğrunda görüşdə belaruslu Marta Hetmanava ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada 7:5 hesablı qələbəyə sevinmiş 18 yaşlı güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bununla da o, böyüklər arasında Avropa çempionatında debütünü medalla qeyd edib.

Xatırladaq ki, Günay ötən gün debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulmuş və almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanmışdı – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşmışdı. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməmişdi – 2:6.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
7
arena.az

10Mənbələr