Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üç vəzifəli şəxsi həbs edilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Əliyev Etibar, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Əliyev Etibar, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.
Əliyev Etibara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci maddə, Araz Kərimliyə isə 311.1-ci maddə ilə ittiham irəli sürülüb.
***
20:56
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki vəzifəli şəxsi həbs edilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Əliyev Etibar və Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Niyam Mədətsoylu eyni zamanda tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılıb.
Əliyev Etibara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri, Niyam Mədətsoyluya isə 311.3.2-ci maddə ilə ittiham irəli sürülüb.
***
20:51
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Əliyev Etibar həbs edilib.
APA xəbər verir ki, bununla bağlı qərar Bakı Hərbi Məhkəməsi tərəfindən qəbul olunub.
Qərara əsasən, Etibar Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.