Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanda istedadlı gənc ifaçılar yetişməkdədir. Əsas məsələ onların düzgün istiqamətləndirilməsi və sağlam mühitdə inkişaf etməsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib.
O qeyd edib ki, hazırkı dövrdə gənclərin musiqiyə marağı kifayət qədər yüksəkdir.
“Muğamımız da, klassik musiqimiz də zəngindir. Onu gənc nəslə düzgün çatdırmaq lazımdır. Zaman dəyişir, yeni üslublar yaranır, lakin yaddaqalan yenə də tarix və klassik irs olur. Buna görə də əsas məqsəd bu dəyərləri qorumaq və gələcək nəsillərə çatdırmaqdır”,- deyə Xalq artisti əlavə edib.