AZ

Həsrət Cəfərov Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, təmsilçimiz final görüşündə Türkiyə idmançısı Murat Fırat üzərində 7:5 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da Həsrət Cəfərov ardıcıl dördüncü dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl Azərbaycan yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Seçilən
12
9
90deqiqe.az

10Mənbələr