AZ

Ukrayna XİN: Zelenski Rusiya və Belarus istisna olmaqla, istənilən yerdə Putinlə görüşməyə hazırdır

Kiyev, 22 aprel, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskva və Minsk istisna olmaqla, istənilən ev sahibi paytaxta gedəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa jurnalistlərə bildirib.

O qeyd edib: “Hazırda Prezident Zelenski ilə Putin arasında görüşün keçirilməsinin də tərəfdarıyıq. Bununla bağlı türklərdən və bir neçə başqa paytaxta müraciət etmişik. Xüsusilə, türklərə müraciət etmişik. Amma Moskva və Belarusdan başqa istənilən paytaxt belə bir görüşü təşkil edərsə, biz gedəcəyik. Bu, bizim üçün vacibdir”.

Qeyd etmək lazımdır ki, Sibiqa əvvəllər “Ukrinform”a müsahibəsində Ukraynanın müharibəyə son qoymağa sadiq qaldığını və Prezident Zelenskinin Putinlə görüşməyə hazır olduğunu bildirmişdi. Ukrayna, xüsusən də Tramp və Ərdoğanın iştirakı ilə belə bir görüşün keçirilməsi ehtimalı ilə bağlı Türkiyəyə müraciət etmişdi.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Seçilən
25
50
azertag.az

10Mənbələr