AZ

“Liverpul” yeni məşqçisini tapdı – Slot gedir

İngiltərənin “Liverpul” klubu yayda baş məşqçi dəyişikliyinə hazırlaşır.

Apasport.az xəbər verir ki, mersisaydlılar gələn mövsüm komandanın sükanı arxasına Andoni İraolanı gətirməyi planlaşdırır.

Məlumata görə, Arne Slot mövsümün sonunda vəzifəsindən azad ediləcək. Klub rəhbərliyi artıq onun əvəzləyicisi kimi hazırda "Bornmut"u çalışdıran İraolanı əsas namizəd kimi müəyyənləşdirib. İraola daha əvvəlki açıqlamasında mövsümün sonunda "Bornmut"dan ayrılacağını açıqlayıb.

İspaniyalı mütəxəssis son illərdə Premyer Liqada göstərdiyi uğurlu nəticələrlə diqqət mərkəzinə düşüb. “Liverpul” rəhbərliyinin də məhz buna görə məşqçi seçimində onun üzərində dayandığı bildirilir.

“Liverpul”a ağır zərbə - O DA ZƏDƏLƏNDİ

Premyer Liqa klubunda yeni təyinat - RƏSMİ

İlkay Gündoğan 3-cü dəfə ata oldu

Ukraynada yeni lider: Arda Turanın "Şaxtyor"u

"Fiorentina" Leççedən 1 xalla qayıdıb

Seçilən
49
13
apasport.az

10Mənbələr