AZ

“Liverpul”a ağır zərbə O DA ZƏDƏLƏNDİ

Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Liverpul"un heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Alisson Bekerdən sonra Mersisayd təmsilçisinin ikinci qapıçısı Giorgi Mamardaşvili də sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı qolkiper Premyer Liqanın 33-cü turunun "Everton"la matçında (2:1) zədələnib. 25 yaşlı "əlcək sahibi" təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Liverpul" Giorgi Mamardaşvilini 2024-cü ilin yayında "Valensiya"dan 30 milyon avroya transfer edib. Gürcüstan millisinin üzvü bu mövsüm "qırmızılar"In heyətində meydana çıxdığı 18 oyunda 29 qol buraxıb.

London derbisi: Qolsuz bərabərlik

PSJ braziliyalı vingeri transfer etmək istəyir

Burak getdi, "Qaziantep" vacib qələbə qazandı

Fransa millisinin üzvü "Barsa"nın hədəfində

"Yuventus" "Barselona"nın vingerinə "elçi düşdü"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
apasport.az

10Mənbələr