AZ

Sabahın havası: Şimşək, yağış, dolu

Sabahın havası: Şimşək, yağış, dolu

Aprelin 21-də gözlənilən hava şəraiti açıqlanıb.

AFN.az-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 70-75 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Axşam saatlarında əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu bölgələrdə gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Seçilən
8
49
afn.az

10Mənbələr