AZ

Lənkəranda sexdə partlayış: yaralanan var

Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.
BUTA.TVAPA-ya istinadla xəbər verir ki, hadisə Füzuli küçəsindəki "Kürə" deyilən ərazidə qeydə alınıb. Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzin alovlanıb və yaranan partlayış ustaya ciddi xəsarət yetirib. İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
14
buta.tv

10Mənbələr