Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib.
Bu barədə "Yeni Sabah"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Keçirilən iməclik zamanı həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr, apa yollar səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri yaz mövsümündə Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini vermişdir.
Telegram kanalımız