AZ

Çexiyanın Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlandı

Bakı.Trend:

Yanvar–mart aylarında Azərbaycandan Çexiyaya 184,3 milyon ABŞdolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 355,5 min tonxam neft və neft məhsulları ixrac edilib.

Trend-in DövlətGömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2025-ci ilin eynidövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 120,4 milyon ABŞdolları və ya 39,5%, həcm ifadəsində isə 203,2 min ton və ya 36,4%azalıb.

Ötən ilin yanvar–mart aylarında Azərbaycandan Çexiyaya 304,7milyon ABŞ dolları dəyərində 558,7 min ton neft və neft məhsullarıixrac olunmuşdu.

Hesabat dövründə Çexiya Azərbaycan neftini idxal edən ölkələrarasında ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digərölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixracedilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Məqalədə:
Seçilən
28
8
az.trend.az

10Mənbələr