Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, mülayim cənub-qərb küləyi əsəcək.Bakıda havanın temperaturu gecə 9-12° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 60-65 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Bölgələrdə havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.