Bu gün UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarının hamısı eyni gündə baş tutacaq.
İlk yarımfinalçının adı İspaniyada bəlli olacaq, digər üç görüş saat 23:00-da start götürəcək. Ümumiyyətlə, cavab oyunlarından ikisi İspaniyada, ikisi də İngiltərədə keçiriləcək.
UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
16 aprel
20:45. "Selta" (İspaniya) – "Frayburq" (Almaniya)
(İlk oyun - 0:3)
23:00. "Aston Villa" (İngiltərə) – "Bolonya" (İtaliya)
(İlk oyun - 3:1)
23:00. "Nottingem Forest" (İngiltərə) – "Porto" (Portuqaliya)
(İlk oyun - 1:1)
23:00. "Betis" (İspaniya) – "Braqa" (Portuqaliya)
(İlk oyun - 1:1)