AZ

Sabiq nazir müavini müşavir təyin edildi

Bu ilin yanvarın 27-də Prezident İlham Əliyev tərəfindən Kənd təsərrüfatı nazirinin müavini postundan çıxarılan Sarvan Cəfərov yeni vəzifəyə təyin edilib.

Bakıvaxtı.az Mia.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Həmkarlar Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun müşaviri təyin olunub.

Məsələyə AHİK-dən münasibət öyrənmək cəhdimiz alınmayıb.

Məlumat üçün qeyd edək ki, S.Cəfərov Məcnun Məmmədovun nazir təyinatına qədər KTN-də nazir vəzifəsinin icraçısı olub.

Seçilən
10
5
bakivaxti.az

10Mənbələr