AZ

Sabiq nazir müavini müşavir təyin edildi

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Kurort” Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva işdən çıxarılıb.

"Unikal" Lent-az-a istinadən xəbər verir ki, bununla yanaşı AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev də tutduğu vəzifədən azad edilib. 

Bundan əlavə, kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov AHİK sədrinin müşaviri təyin olunub.

Qeyd edək ki, Sarvan Cəfərov 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. O, bu ilin yanvarında tutduğu vəzifədən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
13
unikal.az

10Mənbələr