JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

İki vəzifəli şəxs işdən çıxarıldı, sabiq nazir müavini müşavir oldu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Kurort” Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva işdən çıxarılıb.

Bununla yanaşı AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev də tutduğu vəzifədən azad edilib.

Həmçinin, kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov AHİK sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, Sarvan Cəfərov 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub.

O, bu ilin yanvarında tutduğu vəzifədən azad edilib. (Lent.az)

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX