AZ

Sabah bəzi yerlərdə arabir yağış yağacaq, duman müşahidə ediləcək

Azərbaycanda aprelin 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 8-10, gündüz 13-16 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı bildirilir.

Seçilən
0
49
azerbaijan-news.az

10Mənbələr