AZ

Sən kimsən belə danışırsan, həddini aşırsan

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Söhbət bizim millətimizə, xalqımıza gələndə orada heç vaxt biganə qala bilmərəm. Əgər mənim millətimə söz atıb, təhqir edirlərsə, cavabını verməliyəm. Cavab verməsəm, ürəyimdə qalır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova türkiyəli müğənni Hadisə haqqında deyib. O, Hadisənin Bakı konserti zamanı Azərbaycan xanımlarının çox makiyaj etməsindən danışmasına sərt münasibət bildirib:

"Xoşuma gəlmədi, sözümü dedim. Deyir ki, Azərbaycan qadını çox makiyaj edir. Sən kimsən belə deyəsən? Hər şeyi şişirdirsən. Mən bir-bir saymayacağam. Səhnədə insan yaxşı görsənməlidir, amma o qədər yox. Həddini aşırsan və hədd aşmaqdan danışırsan".

Qeyd edək ki, B.Dadaşova sosial şəbəkədə də şərh yazaraq Hadisəni tənqid etmişdi. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
9
axsam.az

10Mənbələr