Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət:1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;7. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.