AZ

Mask “WhatsApp”ın alternativini istifadəyə verib

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsi bazasında“XChat” adlı yeni messencerin istifadəyə verildiyini elan edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Yeni tətbiq aprelin 17-dən etibarən “App Store”daistifadəçilərin sərəncamına veriləcək.

Xidmətdə ikitərəfli şifrələmə olacaq və tətbiqin , reklam vəizləmə mexanizmlərindən azad olacağı vəd edilir. Tətbiqdən istifadəüçün X hesabı tələb olunacaq. Maskın sözlərinə görə, təhlükəsizliksistemi “Bitcoin” texnologiyalarından ilham alıb.

Mask eyni zamanda “WhatsApp” platformasını məlumatlarıntoplanması və reklamların hədəflənməsinə görə tənqid edib vəbildirib ki, “Xchat” mesajları skan etməyəcək və istifadəçiləriprofilləşdirməyəcək.

Messencerdə çatlar, fayl ötürülməsi, audio və video zənglərəlçatan olacaq.

Məqalədə:
Seçilən
25
10
az.trend.az

10Mənbələr