AZ

İran-ABŞ danışıqlarında KRİTİK TƏLƏB: Üçüncü raund HƏLLEDİCİ OLACAQ

İran və ABŞ heyətləri arasında Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqlarda qəbul edilə bilən çərçivə sazişinin əldə olunması istiqamətində ciddi maneələr yaranıb.

Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, tərəflər mətn mübadiləsi mərhələsinə keçsələr də, ABŞ tərəfinin "hədsiz tələbləri" və Tramp administrasiyasının nümayiş etdirdiyi mövqe irəliləyişə mane olur.

Məsələyə münasibət bildirən siyasi şərhçi Məhəmməd Mərəndi danışıqlar komandasına yaxın mənbələrə istinadən qeyd edib ki, Ağ Evin qeyri-məntiqi şərtləri arzuolunan çərçivənin formalaşmasına imkan vermir.

Onun sözlərinə görə, İran tərəfi əldə etdiyi hərbi nailiyyətlərin qorunub saxlanılmasında və xalqın hüquqlarının təmin olunmasında israrlıdır.

"Tasnim" agentliyinin məlumatına görə, tərəflər arasında ən kəskin ixtilaf doğuran mövzulardan biri məhz Hörmüz boğazı ilə bağlıdır.

Mövcud gərginliyə rəğmən, ortaq bir məxrəcə gəlmək üçün bu gecə və ya sabah danışıqların növbəti raundunun keçirilməsi gözlənilir. İslamabaddakı diplomatik mənbələr bu görüşü qəbul edilə bilən çərçivə sazişi üçün "son cəhd" kimi qiymətləndirirlər.

Musavat.com

Seçilən
14
23
musavat.com

10Mənbələr