AZ

Sabah 17 dərəcə isti olacaq - Proqnoz

Yazını böyüt
Yazını kiçilt

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Hafta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 8 dərəcədən 10 dərəcəyədək, gündüz 12 dərəcədən 15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6 dərəcədən 10 dərəcəyədək, gündüz 13 dərəcədən 17 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək, gündüz 5 dərəcədən 10 dərəcəyədək olacaq.

Seçilən
13
49
hafta.az

10Mənbələr