AZ

Sabah hava Bakıda dəyişkən buludlu, dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacaq

Azərbaycanda aprelin 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 13-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Seçilən
13
49
yeniazerbaycan.com

10Mənbələr