AZ

Minatəmizləyənlərin övladlarına güzəştlər  

Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Musavat.com xəbər verir ki, sənədə əsasən, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Layihə barədə Elm və təhsil komitəsinin sədri Anar İskəndərov məlumat verib. Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Bu qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Seçilən
0
3
musavat.com

10Mənbələr