AZ

Bu gün bu ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava dəyişkən buludlu olacaq. Gün ərzində buludluluğun artacağı ehtimal edilsə də, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.

KONKRET.az xəbər verir ki, gündüz saatlarında mülayim şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəzlənəcək. Paytaxtda havanın temperaturu gecə 8-10, gündüz isə 14-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi bir qədər aşağı enərək 760 millimetr civə sütununa bərabər olacaq.

Rayonlarda isə bəzi yerlərdə yağıntılı hava müşahidə ediləcək. Sinoptiklər ayrı-ayrı ərazilərdə şimşək çaxacağını, dolu düşəcəyini və qısamüddətli intensiv yağış yağacağını proqnozlaşdırırlar. Hətta bəzi dağlıq rayonlarda qar yağması ehtimalı da var. Axşama doğru yağıntıların kəsiləcəyi və duman olacağı gözlənilir.

Bölgələrdə temperaturun gündüz saatlarında 22 dərəcəyə qədər yüksələcəyi bildirilir. Dağlıq ərazilərdə isə havanın temperaturu gündüz 10-15 dərəcə isti olacaq.

Seçilən
1
35
konkret.az

10Mənbələr