Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, havanın temperaturu gecə 8-10°, gündüz 14-17° isti olacaq.
Azərbaycanın şimal və qərb rayonlarının bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 6-11°, gündüz 14-18°, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.
Bizim.Media