AZ

Sabah əksər rayonlarda hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 9-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Seçilən
5
3
azertag.az

10Mənbələr